“Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “dəyirmi masa”

Məktəbin Fəaliyyət Planına əsasən Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “dəyirmi masa” keçirildi. 9-cu sinif şagirdləri Ağamirzəyev Anar və Maqsudlu Yunis ana dilimizin zənginliyi, səlisliyi, gözəlliyi haqqında geniş məlumat verdilər. Ümummili lider Heydər Əliyevin ana dili haqqında söylədiyi fikirlər və verdiyi fərmanlar haqqında Qəribli Fidan hazırladığı təqdimatla çıxış etdi. Şagirdlərin ifasında Azərbaycanın görkəmli şairlərinin ana dili haqqında bir çox şeirləri səsləndirildi. Cənub şairimiz Məhəmmədhüseyn Şəhriyarın ana dili haqqında söylədiyi şeirlərin səs yazısı şagirdlər tərəfindən maraqla dinlənildi.