Təhsil sahəsində quruculuq işləri

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının 1.1.2 bəndinə əsasən, “Təhsil sahəsində quruculuq işləri” mövzusunda məktəbin uşaq birliyi təşkilatının rəhbəri Mehnaz Süleymanova mühazirə ilə çıxış etdi. Şagirdlərə son illərdə Azərbaycan təhsil sisteminin yenilənməsi, təkmilləşməsi və inkişafına dövlət qayğısı, təhsilin dünya standartları səviyyəsinə yüksəlməsi üçün hərtərəfli şəraitin yaradılmasından bəhs edildi. Mühazirənin maraqlı və canlı olması məqsədilə hazırlanmış slaydlar quruculuq işlərinin aparılmasına əyani sübut idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən son illərdə təhsilə ayrılan diqqəti tərənnüm edən məlumatlar şagirdlərin marağına səbəb oldu. Tədbirin sonunda şagirdlərin təhsil quruculuğu ilə bağlı sualları rəhbərlik tərəfindən cavablandırıldı.