Firudin bəy Köçərli adına Uşaq Kitabxanasında

  “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının 2.4.5 bəndinə əsasən, “Mütaliəni həyat tərzinə çevirək” devizi ilə 12 fevralda ibtidai sinif şagirdləri Firudin bəy Köçərli adına Uşaq Kitabxanasında ekskursiyada oldular. Şagirdlərə kitabxananın şöbələri, kiçik və böyük oxu zallarının funksiyaları, Firudin bəy Köçərli haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Firudin bəy Köçərli Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamış bir şəxsiyyətdir. O, ədəbiyyatşünas kimi araşdırmalarına folklor nümunələrini yazıya almaqla başlamış, el sənətini dərin vətəndaşlıq hissi ilə sevərək qədrini bilmiş, şifahi ədəbiyyatı itib-batmaqdan, unudulmaqdan qorumağı vacib saymışdır. 

Şagirdlər kitabların daxil olduğu kitabişləmə və komplektləşdirmə şöbəsindən başlayaraq bütün kitabxana fondu ilə tanış oldular. Oxu zallarında onları maraqlandıran mövzularda ədəbiyyat seçib mütaliə etdilər. Həmçinin nağıl otağında nağıllarımız haqqında məlumat əldə etdilər. Azərbaycan xalq nağılları əsasında maraqlı müzakirələr aparıldı. Sonda xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi