“Breyn-rinq” keçirildi

Məktəbin Fəaliyyət Planına əsasən coğrafiya-tarix fənn aylığı çərçivəsində VII siniflər arasında “Breyn-rinq” keçirildi. Üç komanda – “Zirvə”, “Qarabağ” və “Qələbə” ən güclü komanda uğrunda mübarizəyə qoşuldular. X sinif şagirdlərindən ibarət Münsiflər heyəti bu yarışmanı qiymətləndirirdilər. Yarış bir neçə mərhələdən ibarət idi.
Komanda üzvləri həyəcanlı anlar keçirirdilər. Birincilik uğrunda mübarizə çox gərgin şəraitdə əldə olundu. 7b sinif şagirdləri – “Qarabağ” komandası “Breyn-rinq”in qalibi oldu. Komanda üzvlərinə xatirə olaraq hədiyyələr təqdim olundu. Yarışda əsas məqsəd qalib komandanı, məğlub komandanı müəyyən etmək yox, dostluğun, biliyin, dünyagörüşünün qələbə çalması idi.