Şəhidlər xiyabanına ziyarət

Məktəbin illik Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq Hüzn Günü" ilə bağlı tədbirlər çərçivəsində Zəhra Muradovanın rəhbərliyi ilə 3a sinif şagirdləri Şəhidlər xiyabanını ziyarət etdilər. Şagirdlər şəhidlərin əziz xatirəsini yad edərək məzarlarına qırmızı qərənfillər qoydular. Tədbir şagirdlərin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası ilə davam etdirildi. Azərbaycanın hərb tarixinə həsr olunmuş eksponatlar şagirdlərin marağına səbəb oldu. Azərbaycanın keçmiş və müasir silahlı qüvvələri haqqında geniş məlumat əldə etmiş oldular.