"Dünya Azərbaycanlılarının Həmrəylik günü" və "Yeni il" şənliyi qeyd edildi

28 dekabrda “Dünya Azərbaycanlılarının Həmrəylik günü" və “Yenil il” münasibətilə məktəbdə şənlik keçirildi. Şaxta baba uşaqları təbrik etdi, onlara dərslərində müvəffəqiyyətlər arzuladı. Şagirdlər də öz növbəsində hazırladıqları şeir və mahnıları təqdim etdilər. Məktəbin xüsusi nitqi qüsurlu siniflərin şagirdləri də bayram şənliyinə qoşuldular, hazırladıqları moda nümayişi ilə çıxış etdilər.