Layihənin bağlanış mərasimi

21 dekabrda Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar”  2-ci qrant müsabiqəsi “Xüsusi siniflərdə (nitqi qüsurlu) təhsil alan şagirdlərin istedadının müəyyənləşdirilməsi, ilk peşə ixtisas təhsilinə yönləndirilməsi” layihəsinin bağlanış mərasimi keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Anar Qədiməliyev, əməkdaşı Fərman Abdullayev, AMİM-in əməkdaşı Səbinə Hüseynova, Xətai rayon məktəblərinin direktorları, Xətai Sənət Mərkəzinin nümayəndələri və valideynlər iştirak edirdilər. Mərasimin əvvəlində layihə haqqında hazırlanmış videoçarx nümayiş olundu. Anar Qədiməliyev layihənin aktuallığından, sağlamlığı imkanları məhdud şagirdlərə dövlət qayğısından, peşə təhsilinə maraqdan bəhs edərək layihə çərçivəsində görülmüş işləri müsbət qiymətləndirdi. AMİM-in təlimçisi Səbinə Hüseynova layihə çərçivəsində təlimlərdə iştirak etmiş müəllimlərlə aparılan işin səmərəliliyindən alınan nəticələrdən danışdı. AMİM-in sertifikatları təlimdə iştirak edən müəllimlərə təqdim edildi.

Şagirdlərin hazırladıqları səhnəciklər qonaqlar tərəfindən alqışla qarşılandı. Tədbir şagirdlərin təlimçilərlə birlikdə hazırladıqları moda nümayişi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi