"Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərgi

16 dekabr tarixində 6b və 8b sinif şagirdləri Şirvanşahlar Saray Kompleksində təşkil olunan “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgidə oldular. Sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olundu. Sərgidə əsas eksponatlardan olan İstanbul Əsgəri Muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələrini, həmçinin Gürcüstan Milli Muzeyindən gətirilən nümunələri şagirdlər maraqla izlədilər. Yüksək texnoloji metodlara əsaslanaraq texniki yeniliklər sayəsində "canlanan" eksponatlar şagirdləri valeh etdi. Belə ekskursiyaların təşkili vətən tarixini öyrənmək və onu təbliğ etmək baxımından böyük əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi