Ulu öndərin anım günü

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar 11 dekabrda məktəbin UBR Süleymanova Mehnaz təhsilində fərqlənən bir qrup şagirdlərlə Fəxri xiyabanı ziyarət etdilər. Şagirdlər ulu öndər Heydər Əliyevin, sonra akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla andılar.
Dekabrın 12-də səhər məktəbdə Heydər Əliyevə həsr olunmuş fotostendin qarşısında müəllim kollektivi və şagirdlər ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Heydər Əliyevə həsr olunmuş şeirlər şagirdlər tərəfindən səsləndirildi.
Yuxarı sinif şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olundu. Şagirdlər Heydər Əliyevin Azərbaycan tarixindəki xidmətlərindən, müasir Azərbaycanımızın memarı olmasından, qazanılmış müstəqilliyimizin təminatçısı olmasından söhbət açdılar.
Dərslərin sonunda məktəbin akt zalında “Ən Böyük Azərbaycanlı” adlı ədəbi-bədii kompozisiya göstərildi. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər.