10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü

10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günüdür.
Tarix müəllimi Elnarə Rüstəmovanın rəhbərliyi ilə 7c sinif şagirdləri hüquqların yaranması, insan hüquqlarının qorunması üçün qəbul olunan beynəlxalq normalar və Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üçün görülən tədbirlər haqqında məlumat verdilər. Qeyd etdilər ki, dünyada insan hüquqları pozuntuları mövcuddur və BMT kimi beynəlxalq təşkilatlar tərəfindən sona çatdırılmağa cəhd edilir. Arzumuz dünyanın harasında olmasından asılı olmayaraq, toqquşma, qarışıqlıq və terror kimi insan hüquqları pozuntularına son qoyulmasıdır. Tədbirin sonunda şagirdlər mövzu ilə bağlı hazırladıqları maraqlı slaydlar və videoçarx nümayiş etdirdilər.