Gələcəyimizi birlikdə düşünək, zərərli vərdişlərə yox deyək

28 noyabr tarixində biologiya müəllimi Aynurə Mahmudova rəhbəri olduğu 6a sinfində Gələcəyimizi birlikdə düşünək, zərərli vərdişlərə yox deyək” mövzusunda sinif təşkilat saatı keçirdi. Şagirdləri narkomaniya, tütünçəkmə, alkoqolizm kimi zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirmək sinif təşkilat saatının başlıca məqsədi idi. Şagirdlər “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Siqaret sağlamlığa ziyandır”, “Alkoqolizm böyük təhlükədir” adlı təqdimatlarla çıxış etdilər. Çəkdikləri rəsmləri təqdim etdilər. Mövzuya uyğun videoçarx nümayiş olundu, səhnəcik göstərildi. Mahmudova Aynurə zərərli vərdişlərin genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yollarından danışaraq təşkilat saatını yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi