Valideynlərlə Graeme Pollockun görüşü

“Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində “Xüsusi siniflərdə (nitqi qüsurlu) təhsil alan şagirdlərin istedadının müəyyənləşdirilməsi, ilk peşə təhsilinə yönləndirilməsi” layihəsinin tərəfdaşı Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktoru Graeme Pollock sağlamlıq imkanları məhdud şagirdlərin valideynləri ilə görüşdü. Direktor layihədə məktəbimizlə  tərəfdaş olduğundan məmnunluğunu bildirdi. AMİM təlimçilərinin məktəbdə keçirdikləri təlimlərin müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə xidmət etdiyini söylədi. Gələcəkdə digər layihələrdə də məktəblə tərəfdaş olacağına ümid etdiyini bildirdi. Tədbirin sonunda valideynləri narahat edən və maraqlandıran suallar cavablandırıldı.

Layihə çərçivəsində yaradılmış dərnəklərin işi və şagirdlərin nailiyyətləri ilə tanış olan Graeme Pollock gələcəkdə peşə seçimində uşaqlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi