Nümunəvi dərs

Şagirdlərin fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə müxtəlif fənn aylıqlarının keçirilməsi nəzərdə tutulmuşdur. Noyabr ayı “Riyaziyyat fənn aylığı” elan olunmuşdur. 7c sinfində Nailə Xıdırovanın “Natural üstü qüvvət daxil olan ifadələrə aid çalışmalar həlli” mövzusunda nümunəvi dərsi keçirilmişdir. Dərsin məqsədi natural üstü qüvvət daxil olan ədədi və hərfi ifadələri sadələşdirməsi idi. Yeni təlim üsullarından istifadə olundu. Fənn müəllimləri dərsi müzakirə edərək yüksək qiymətləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi