Payız tətili ekskursiyaları

Payız tətili günlərində 4c sinif rəhbəri Mehriban Əliyevanın təşkilatçılığı ilə şagirdlər “Atəşgah məbədi” Dövlət Tarixi Memarlıq Qoruğuna maraqlı ekskursiya edib, həmçinin “Yanardağ”ı gəzdilər. Şagirdlərə interaktiv tarixi materiallarla yanaşı yenilənmiş və bərpa edilmiş ekspozisiyalar göstərildi, “Atəşgah”ın tarixi barədə məlumat verildi. Şagirdlər ekskursiyadan böyük təəssüratla qayıtdılar.