“Ölkəmizi tanıyaq” layihəsi

Məktəblilərin payız tətili ilə əlaqədar şagirdlərin ölkənin regionlarına səfəri baş tutdu. “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində cənub regionuna dörd günlük səfər çox maraqlı keçdi. Məktəblilər səfər çərçivəsində bölgə ilə əyani tanış oldular, tarixi yerlərə ekskursiya etdilər. Xətai rayon məktəbliləri də bu turda iştirak edirdi. 10b sinif şagirdi Səmədli Altay layihədə məktəbimizi təmsil edirdi. O, bu ekskursiyaların təşkilini yüksək qiymətləndirərək, təşkilatçılara təşəkkürünü bildirdi. Qeyd edək ki, Xətai rayon məktəbliləri 9 rayon, 54 komanda arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual yarışmasında 2- ci yer tutdular. Tur aksiyadan qayıtdıqdan sonra Səmədli Altay layihə haqqında xoş təəssüratlarını məktəb yoldaşları ilə bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi