Məktəbdaxili "Bilik yarışması" keçirildi

16.11.2018-ci il tarixdə məktəbimizdə şagirdlərin fənlərə həvəs və marağının artırılması, istedadlı şagirdlərin müəyyən edilməsi məqsədilə "Bilik yarışması" keçirildi. Fənlər üzrə keçirilən yarışmada 5-ci sinifdən 11-ci sinfə qədər olan şagirdlər iştirak etdilər. Öz bacarıqlarını nümayiş etdirən şagirdlər birinci yeri tutmaq və digər turlara qatılmaq üçün çalışdılar.