Bayraq günü ilə bağlı rəsm müsabiqəsi

“9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibəti ilə məktəblilər arasında keçirilən rəsm müsabiqəsində məktəbimizin 7 (xüsusi) sinif şagirdi Yunusov Ağaxəlil diploma layiq görülmüşdür. "Abşeron" sərgi salonunda diplomun təqdimatı olmuşdur. Sonra İçərişəhərdə tələbələrin bayrağımızın təbliği ilə bağlı keçirdikləri tədbirdə məktəbimizin xüsusi sinif şagirdləri iştirak etmişlər.