Bayrağımız qürur mənbəyimizdir

Məktəbin illik fəaliyyət planına əsasən şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədi ilə Bayraq gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Səhər məktəbin foyesində “9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibəti ilə toplantı keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şagirdlərdən Hacıyev Ağahüseyn və Muradzadə Leyla Azərbaycan bayrağı haqqında məlumat verdilər. İbtidai sinif şagirdləri “Bayrağımız qürur mənbəyimizdir” adlı şeir kompozisiyası ilə çıxış etdilər. Tədbirin yaratdığı yüksək əhval-ruhiyyə şagirdlər və müəllimlərdə hiss olunurdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi