Bayraq Günü qeyd olunur

Bütün siniflərdə bu həftənin sinif təşkilat saatının mövzusu “9 noyabr - Azərbaycan Respublikası Dövlət Bayraq Günü”nə həsr olunmuşdur. Biologiya müəllimi Aynurə Mahmudovanın rəhbərlik etdiyi 6a və Azərbaycan dili və ədəbiyyatı müəllimi Nuranə Dadaşovanın rəhbərlik etdiyi 5b sinif şagirdləri məktəbin konfrans zalında bu günü daha geniş və təntənəli qeyd etdilər. Şagirdlər Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi, yaranması haqqında təqdimatlarla çıxış etdilər, şeirlər, musiqilər söylədilər. “Bayraq günü”nə həsr olunmuş sənədli film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi