5 nömrəli Bakı Peşə Liseyində

“Xüsusi siniflərdə (nitqi qüsurlu) təhsil alan şagirdlərin istedadının müəyyənləşdirilməsi, ilk peşə ixtisas təhsilinə yönləndirilməsi” layihəsi çərçivəsində xüsusi siniflərdə təhsil alan 8-9-cu sinif şagirdləri 5 nömrəli Bakı Peşə Liseyində müəllimlər Əlicanova Qərənfil, Əfsanə Hüseynovanın rəhbərliyi altında ekskursiyada oldular. Şagirdlərə peşə təhsili haqqında liseyin rəhbərliyi məlumat verdi. Dərzilik, bərbərlik, kompüter kabinetləri ilə şagirdlər tanış oldular. Bu kabinetlərin tərtibatı uşaqlarda bu peşələrə marağı daha da artırdı. Attestat aldıqdan sonra bu peşə məktəbində təhsilini davam etdirmək istəyən şagirdlərin sayı artmış oldu.