Qara Qarayevin ev muzeyində

Məktəbin 6a və 6b sinif şagirdləri 03.11.2018 tarixində bəstəkar Qara Qarayev yaradıcılığının 100 illiyi münasibətilə bəstəkarın ev muzeyinə ekskursiyaya getmişdilər. Xatirə muzeyində şagirdlər Q.Qarayevin “Yeddi Gözəl”, “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması, kinofilmlərə bəstələdiyi musiqilər haqqında məlumat aldılar. Q.Qarayevin fotoaparatlardan ibarət kolleksiyası, ifa etdiyi royallar muzeyə xüsusi rəngarənglik verirdi.