Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir

18 oktyabr məktəbimizdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilidi. Bu münasibətlə “Azərbaycanın dövlət müstəqilliyinə” həsr olunan konfrans, mühazirələr təşkil edildi. Eləcə də fotostendlər hazırlanıb, əl işlərindən ibarət sərgilər təşkil olundu. Məktəbin akt zalında tarix müəllimi Elnarə Rüstəmovanın rəhbərliyi ilə şagirdlər xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışdılar və XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildirdilər. Çıxış edən 5a sinif şagirdləri “Azərbaycanın dövlət müstəqilliyi haqqında” söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə vətənə olan sevgilərini nümayiş etdirdilər. Şagirdlər tərəfindən göstərilən ədəbi-bədii kompozisiya tədbirdə maraqla qarşılandı. Sonda tədbirdə dövlət müstəqilliyindən bəhs edən videoçarx nümayiş etdirildi.