“Şagird-Mentor” layihəsi  ilə birgə fəaliyyət

Bu gün məktəbimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş “Təhsildə İnkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində”  qalib olmuş Murad Hacıyev adına 116 nömrəli  tam orta məktəbin  “Şagird-Mentor” layihəsi  ilə birgə fəaliyyətinə start verildi. Qonaqlar layihənin əsas məqsədi  haqqında məktəbimizin şagirdlərinə məlumat verdilər. IX sinif şagirdləri arasında zəif nəticə göstərmiş şagirdləri seçib ADPU-nun filologiya fakültəsinin magistr tələbələri və BDU-nun mexanika-riyaziyyat fakültəsinin magistr tələbələrinin iştirakı ilə dərslər təşkil edib, onların yüksək nəticə göstərməsi üçün lazım olan işlərdən bəhs etdilər. Layihədə iştirak edəcək hər bir zəif şagirdin sonda özünə inanaraq nəticələri yüksəldəcəyi layihənin əsas məqsədlərindən biri olduğu şagirdlərə çatdırıldı. Xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi