Məktəbəhazırlıq qrupları fəaliyyətə başladı

Məktəbimizdə 5 yaşlılar üçün hazırlıq qrupları 1 oktyabrda işə başladı. Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək. Tədrisi məktəbin müəllimləri Mirzəyeva Fərqanə və Vəliyeva Acar aparacaqlar.