Layihənin açılış mərasimi

Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində “Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması” nominasiyası üzrə “Xüsusi siniflərdə (nitqi qüsurlu) təhsil alan şagirdlərin istedadının müəyyənləşdirilməsi, ilk peşə ixtisas təhsilinə yönləndirilməsi” layihəsinin açılış mərasimi keçirildi. Tədbirdə BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, AMİM-in əməkdaşları, Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri, Milli Qeyri Hökümət Təşkilatları Forumunun Gender Mərkəzinin rəhbəri Tünzalə Cavadova, məktəb direktorları, valideynlər iştirak edirdi. Qonaqlara layihənin məqsədi, görüləcək işlər haqqında məlumat verildi. Layihə ilə bağlı hazırlanmış texnologiya, təsviri incəsənət kabinetlərinin açılışı keçirildi. Sağlamlıq imkanları məhdud siniflərdə təhsil alan şagirdlərin hazırladığı kompozisiya nümayiş olundu. Tədbir qonaqlar və valideynlər tərəfindən bəyənildi.