Bilik günü

15 sentyabr “Bilik günü” ilə əlaqədar məktəbimizdə tədbir keçirildi. Tədbir dövlət himninin səslənməsi ilə başladı. Direktor Sevinc Tahirova “Bilik günü” münasibəti ilə şagirdləri, müəllimləri və valideynləri təbrik etdi. 2017-2018-ci tədris ilinin uğurlarından danışdı. Tədbirdə iştirak edən Bakı Şəhəri üzrəTəhsil İdarəsinin nümayəndəsi Hicran xanım da şagirdləri ilk dərs günü münasibəti ilə təbrik edərək onlara təhsildə uğurlar arzuladı.  Nuranə xanım valideynlər adından müəllimləri və şagirdləri təbrik etdi, onlara övladlarına göstərilən qayğıya görə minnətdarlıq bildirdi.

Birincilər hazırladıqları şeirlərlə hamını sevindirdilər. "İlk zəng" çalındı. Şagirdlər böyük həvəslə siniflərinə doğru addımladılar. Yeni dərs ilinə start verildi!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi