Bakı məktəblilərinin I Forumunda sağlamlıq imkanı məhdud istedadlı şagirdimiz

12.06.2018-ci il tarixdə tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə istedadlı şagirdlərin üzə çıxarılması, onların həvəsləndirilməsi, nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi məqsədilə I Forum keçirildi. Məktəbimizin sağlamlıq imkanı məhdud istedadlı şagirdi Ağaxəlil Yunusov forumun təşkilatçıları tərəfindən foruma qatılmış və onun "Həyat hekayəsi" nümayiş etdirilmişdir. Ağaxəlil I Forumun emblemini kətan üzərində çəkərək BŞTİ-nin müdiri M. Vəliyevaya xatirə hədiyyəsi olaraq təqdim etmişdir.