“Əlvida Əlifba Əlvida” adlı tədbir

Məktəbimizin birinci sinif şagirdləri “Əlvida Əlifba Əlvida” adlı tədbir keçirdilər. 1a sinif rəhbəri Fatma Əhmədovanın təşkilatçılığı ilə şagirdlər “Doğma məktəbdə ilk uğurlarımız” adlı kompozisiya ilə çıxış etdilər. 1b sinif şagirdləri sinif müəllimi Pərvanə Bayramova ilə birlikdə “İlk müəllim” adlı musiqili kompozisiya ilə çıxış etdilər. 1c sinif şagirdləri Sədaqət Allahverdiyevanın rəhbərliyi ilə “Əlvida Əlifba Əlvida” adlI çıxışları ilə tədbiri tamamladılar. Valideynlər övladlarının çıxışlarından razı qaldılar və müəllimlərə öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi