Azərbaycan Xalq Cümhuriyyəti 100

“Azərbaycan  Xalq  Cümhuriyyəti Şərqdə  və  Müsəlman  dünyasında  ilk  parlamentli demokratik  respublikadır” mövzusunda silsilə tədbirlər başa çatdı.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Telnaz Teymurova 6-cı sinif şagirdləri ilə birlikdə çox maraqlı tədbir hazırlamışdi. Şagirdlər tədbirdə Azərbaycanın dövlətçilik tarixini təbliğ edərək Cümhuriyyətin yubileyi ilə bağlı vətənpərvərlik mövzusunda olan çıxışlarını nümayiş etdirdilər. Sonda şagirdlər bildirdilər ki, Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir və bu Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir.

Tarix müəllimi Elnarə Rüstəmova 7-ci sinif şagirdləri ilə birlikdə AXC-nin tarixinə həsr olunmuş maraqlı prezentasiyalar təqdim etdilər. Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri şagirdlərin hazırladıqları təqdimatı yüksək qiymətləndirdilər və minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi