Valideyn komitə sədrləri ilə görüş

Məktəbin tarix müəllimi Zümrüd xanım Həsənquliyeva sinif rəhbərləri və valideyn komitə sədrləri ilə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və Müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır” mövzusunda maarifləndirici görüş keçirdi. Valideynlərə Cümhuriyyət tarixindən bəhs edən prezentasiya təqdim olundu. Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırıldı. Sonda sənədli film nümayiş olundu.