“Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və Müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır” mövzusunda “Dəyirmi masa”

“Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və Müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır” mövzusunda “Dəyirmi masa” keçirildi. Tarix müəllimi Elnarə Rüstəmova şagirdlərə Şərqdə və Müsəlman dünyasında ilk parlamentli demokratik respublika haqqında məlumat verdi. Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş sənədli film nümayiş olundu. Cümhuriyyət dövründə yaşamış şairlərin şeirləri səsləndirildi.