Pedaqoji Şura keçirildi

18.05.2018-ci il tarixdə məktəbdə növbəti Pedaqoji Şura keçirildi. Əvvəlcə Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən təşkil edilmiş "Planlaşma və hazırlıq" təlimini müvəffəqiyyətlə bitirmiş müəllimlərə mərkəzin direktoru Graeme Pollockun tərəfindən sertifikatlar təqdim edildi. Sonra 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin nəticəsi müzakirə olundu. Böyük Summativ Qiymətləndirmənin aparılması məqsədilə komissiyanın yaradılması və hazırlıq işləri müzakirə edildi.