Riyaziyyat gecəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin təcrübəçi tələbələri ilə birlikdən “Riyaziyyat gecəsi” keçirildi. Şagirdlər riyaziyyat alimlərinin yaradıcılığı və elmi kəşfləri haqqında ətraflı məlumat verdilər. Tədbirdə məktəbimizin riyaziyyat müəllimi Zərfə İsmayılovanın hazırladığı “Fiqurların söhbəti” və “Sıfır” rəqəmi haqqında şeirlər səsləndi, riyazi tapmacalar, aforizmlər söylənildi. Şagirdlər riyaziyyata aid referat və stendlər hazırlamışdılar.
Tədbirin sonunda məktəb rəhbərliyi tərəfindən ADPU-nun metodist müəllimi İsmayılov İsmayıl Nəsib oğluna, fəallığı ilə seçilən tələbələrə, məktəbin riyaziyyat müəllimlərinə və tədbirdə fərqlənən şagirdlərə diplomlar təqdim edildi.