Şekspir yaradıcılığına səyahət

Fəaliyyət Planına uyğun olaraq Xarici dillər aylığı çərçivəsində dahi ingilis yazıçısı V.Şekspirin həyat və yaradıcılığına həsr olunmuş “Dəyirmi masa” keçirildi. Tədbirdə ingilis dili fənni üzrə əla qiymətlərlə təhsil alan, sərbəst ingilis dilində danışan V-IX sinif şagirdləri iştirak edirdilər. Şekspirin “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir” əsərlərindən parçalar səsləndirildi. IX sinif şagirdlərinin Şekspirin həyatı haqqında hazırladıqları prezentasiya ingilis dili müəllimləri tərəfindən yüksək qiymətləndirildi. Tədbirdə, həmçinin Şekspirin eyniadlı əsərlərinə çəkilmiş filmlərdən qısa parçalar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi