Heydər Əliyev 95

10 may tarixində məktəbimizdə Azərbaycan xalqının görkəmli dövlət xadimi, milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirəsi hörmətlə yad edildi. Məktəbin foyesində hazırlanmış sərgidə Ümummilli liderin 95-ci doğum gününə həsr olunmuş foto və stendlər nümayiş edildi, tarix müəllimi Ülviyyə Zaidova dahi şəxsiyyətin həyat və yaradıcılığı haqqında məlumat verdi. Sonra konfrans zalında Ülviyyə İsmayılova 6a sinif şagirdləri ilə birgə hazırladıqları təqdimatı nümayiş etdirdi. Şagirdlər Ulu Öndərə həsr olunmuş şeir və mahnılar səsləndirdilər. Tədbir “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sədaları ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi