Şuşasız 26 il

Bu gün məktəbdə Şuşa şəhərinin işğalının 26-cı ildönümü ilə bağlı tədbir keçirildi. Şagirdlərin qədim türk diyarı olan Şuşanın keçmişindən, gözəl təbiətindən, görkəmli dövlət və mədəniyyət xadimlərindən bəhs edən təqdimatları dinlənildi. Qarabağa, Şuşaya aid şeirlər və mahnılar səsləndi. Şuşanın təbiətini, tarixini, mədəniyyətini əks etdirən şagirdlərin əl işindən ibarət sərgi nümayiş olundu.