9 May – Qələbə Günü

Məktəbin Fəaliyyət Planına əsasən Xarici dillər aylığı çərçivəsində “9 May – Qələbə Günü” münasibətilə rus dilində ədəbi-bədii gecə keçirildi. Şagirdlər ikinci dünya müharibəsinin tarixindən, törətdiyi fəsadlar haqqında maraqlı məlumatlar verdilər. Azərbaycan xalqının bu müharibədə əvəzsiz rolunu vurğulayan “Bakı nefti” adlı prezentasiya təqdim olundu. Müharibədə qəhrəmanlıq göstərmiş Azərbaycanın qəhrəman övladları Həzi Aslanov, Ziya Bünyadov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə haqqında təqdimatlar şagirdlər tərəfindən maraqla qarşılandı. Mövzuya uyğun rus dilində mahnılar və şeirlər səsləndi, videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi