“Ekoloji tarazlıq” adlı tədbir

Biologiya aylığı ilə əlaqədar məktəbin biologiya müəllimləri Aynurə Mahmudova və Sevinc Məmmədovanın təşkilatçılığı ilə “Ekoloji tarazlıq” adlı tədbir keçirildi. Tədbirdə 6c, 7a, 7b, 8a, 9b, 9c sinif şagirdləri hazırladıqları təqdimatlarla çıxış etdilər. Şagirdlər ekologiya və onun sahələri, ekoloji tarazlıq, ekoloji problemlər və onların qarşısının alınması üsulları haqqında məlumat verdilər. Ekologiya, istixana effekti barədə videoçarx nümayiş olundu.
Tədbirin sonunda “Ekoloji problemlərin müasir həlli yollarını nədə görürsüz?” sualı ilə müəllimlər auditoriyaya müraciət etdilər. Şagirdlər maraqlı cavablarla diskussiyada iştirak etdilər.