“İKT qızların gözü ilə” layihəsi

Məktəbin IX-X siniflərində təhsil alan qızları informatika müəllimi Elmira Fərzullayevanın rəhbərliyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində “İKT qızların gözü ilə” layihəsində iştirak etdilər. Mərkəzin mütəxəssisi Fidan Tofidi layihə ilə bağlı şagirdlərə geniş məlumat verdi. Azercell Telekomun əməkdaşları Vahidə Orucova və Aytən Fərzəliyeva Azercell şirkətinin və Paşa bankın bu layihəyə dəstəyi və layihədə şagirdlərin rolu barədə öz fikirlərini bildirdilər.
Şagirdlər qruplara bölündü və hər qrup “Gələcəkdə hansı layihəni yarada bilərik?” mövzusunda diskussiya apardı.
Sonda layihənin təşkilatçıları şagirdlərə hədiyyələr təqdim etdilər. İnformatika müəllimi Elmira Fərzullayeva məktəb rəhbərliyi və şagirdlər adından layihə təşkilatçılarına minnətdarlığını bildirdi.