“Zərərli vərdişlərə yox deyək!” adlı maarifləndirici tədbir

Bu gün məktəbdə “Zərərli vərdişlərə yox deyək!” adlı maarifləndirici tədbir keçirildi. Məktəbin tibb bacısı Səbinə Kərimova siqaretin zərərləri, narkomaniyanın fəsadları, zərərli vərdişlərin milyonlarla insanın həyatını necə məhv etdiyi barədə məlumat verdi.  Tədbirdə iştirak edən VII, VIII və IX sinif şagirdləri hazırladıqları təqdimatlarla çıxış etdilər. Onlar narkotik vasitələrdən istifadə etməməyi, bu cür pis vərdişlərdən qorunmağı və uzaq olmağı tövsiyə etdilər. Tədbirin sonunda şagirdlərin bu mövzu ilə əlaqədar çəkdikləri rəsmlər nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi