"Naxçıvanın ədibləri" mövzusunda bədii qiraət

Aprelin 20-də məktəbin müəllimi Gülnarə Bağmanovanın təşkilatçılığı ilə "Naxçıvanın ədibləri" mövzusunda bədii qiraət keçirildi. Əsasən xüsusi sinif şagirdləri ilə keçirilən bədii qiraət görkəmli ədiblər C.Məmmədquluzadə, M.S.Ordubadi, H.Cavid, Məhəmməd Tağı Sidqi, Məmməd Araza həsr olunmuşdu. 

Bədii qiraətdə şagirdlər H.Cavidin, M.Arazın şeirlərindən nümunələr səsləndirdilər. C.Məmmədquluzadənin hekayə, povest, komediyalarından parçalar ifa etdilər, M.S.Ordubadinin tarixi əsərləri ilə tanış oldular. Naxçıvan ədəbi mühitinin tarixi haqqında təqdimatlar nümayiş olundu. Sonda şagirdlər məktəbin müəllimi, şairə Gülnarə Məmmədovanın kitablarından şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi