"Sağlam həyat" mövzusunda tədbir

19 aprel tarixində "Biologiya aylığı" ilə əlaqədar olaraq məktəbimizin biologiya müəllimləri Mahmudova Aynurə və Məmmədova Sevinc tərəfindən "Sağlam həyat" mövzusunda tədbir keçirildi.

Tədbirdə 5a, 6b, 7a, 8a, 9c sinif şagirdləri sağlamlıgın şərtləri, zərərli vərdişlər, dərman bitkilərinin orqanizmə faydası, depressiya mövzularında çıxış etdilər. 5a sinif şagirdləri "Dərman bitkilərinin orqanizmə faydası" mövzusunda hazırladıqları kiçik səhnəciyi təqdim etdilər.  6b sinif şagirdləri "Zərərli vərdişlərə yox deyək" mövzusunda çıxış etdilər. 7a sinif şagirdi Əzimzadə Nərmin meyvələrin orqanlara bənzərliyi və faydası haqqında hazırladığı təqdimatı nümayiş etdirdi. 8a sinif şagirdləri vitaminlər haqqında hazırladıları əyani vəsaitlər üzərində fikirlərini ifadə etdilər.

Tədbirin sonunda biologiya müəllimləri Mahmudova Aynurə və Məmmədova Sevinc çıxış edərək hər kəsi sağlamlığını qorumağa çağırdı. "Sağlam həyat" mövzusu ilə əlaqədar videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi