"Atəşgah" məbədinə və Qala qəsəbəsinə ekskursiya

Məktəbimizin xüsusi siniflərində təhsil alan şagirdlərin "Atəşgah" məbədinə və Qala qəsəbəsinə ekskursiyası təşkil edildi. Şagirdlərə qədim məbədin tarixi və bu günü ilə bağlı məlumat verildi. "Atəşgah"ın Azərbaycan,  xüsusilə də Bakı bölgəsində əbə­di od­la­rın yandı­ğı yer olduğu qeyd olundu. Atəşgah od məbədi və Qala qəsəbəsindəki qavaldaşı abidəsi şagirdlərdə xüsusi maraq oyatdı. Sonra onlar məbədin həyətində olan hücrələrlə tanış oldular, tarixi abidələr haqqında məlumat topladılar. Şagirdlərimiz ekskursiyadan çox məmnun qayıtdılar. Ekskursiya təşkilatçılarına şagirdlərimizə təmənnasız xidmət etdiklərinə görə minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi