Aprel döyüşləri

Bu gün məktəbimizdə 2016-cı ilin aprel döyüşləri zamanı həlak olanlar yad edildi. Məktəbin foyesində aprel doyüşlərinə həsr olunmuş "Rəşadətli Azərbaycan Ordusu" adlı stendin qarşısında məktəblilər sinif müəllimləri ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra çıxış edənlər 2016-cı ilin aprelində erməni silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdikləri şücaətlərdən danışdılar.
Tarix müəllimi Elnarə Rüstəmova Azərbaycanın qalibiyyət şəhidlərinin həyat yolu ilə bağlı məlumat verdi. Şagirdlər xalq şairi Qabilin "Azərbaycan əsgəri” şeirini söylədilər. Sonda 2016-cı il aprel döyüşlərində əldə olunmuş qələbənin tarixi əhəmiyyətindən danışıldı, Azərbaycanın bu döyüşlərdə öz gücünü düşmənə və dünyaya bir daha sübut etdiyi və indiki vəziyyətlə heç vaxt barışmayacağı qeyd edildi.