1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü

“1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə” Tədbirlər Planına əsasən 27 – 30 mart tarixlərində V-XI siniflər arasında “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.

VI-VIII sinif şagirdlərinin iştirakı ilə bədii qiraət təşkil olundu. Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası”, Ramiz Mehdiyev “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” adlı kitablar oxundu. Şagirdlərin ifasında Cəfər Cabbarlının “1905-ci ildə” əsərindən səhnəcik göstərildi.

Silsilə tədbirlər məktəbin tarix müəllimi Elnarə Rüstəmovanın təşkilatçılığı ilə “Tarixi həqiqətin soyqırımı” adlı ədəbi-bədii kompozisiya ilə yekunlaşdı. Tədbirin əvvəlində soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi. Elnarə Rüstəmova 31 mart hadisələri haqqında geniş məlumat verdi, erməni cəlladlarının Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən danışdı. Tədbirdə “Mart hadisələri və yaxud “Qara oyunlar” adlı sənədli filmindən fraqmentlər göstərildi. Şagirdlər vətənpərvərlik mövzusunda şeir və mahnılarla yoldaşları qarşısında çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi