Elimizə bahar gəlir

Məktəbdə “Elimizə bahar gəlir” adlı ədəbi-bədii kompozisiya keçirildi. Şagirdlər zəngin adət-ənənələrimizi özündə cəmləşdirən, milli-mənəvi dəyərlər sistemində özünəməxsus yer tutan Novruz bayramı haqqında geniş məlumat verdilər. Tədbirdə milli rəqslər, Novruz bayramına həsr olunmuş mahnılar ifa olundu. Kosa və Keçəlin çıxışı şənliyi daha da canlandırdı. Şagirdlər Novruz çərşənbələri haqqında hazırladıqları prezentasiyaları təqdim etdilər. Tədbirin sonu xalqımızın həmrəylik rəqsi olan “Yallı” ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi