Viktorina qaliblərimiz

16 mart tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan tarixi” mövzusunda məktəblərarası viktorina keçirildi. Viktorinada Bakı şəhər məktəbləri iştirak edirdi. Bizim məktəbi X-XI sinif şagirdlərindən ibarət “Odlar yurdu” komandası təmsil edirdi. Gərgin mübarizə ilə keçən viktorinada məktəbimizin komandası I yerə layiq görüldü və diplomla mükafatlandırıldı. Diplomları AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı komandamıza təqdim etdi və xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi