İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğuna ekskursiya

15 mart tarixində məktəbin 5a, 5c, 6a sinif şagirdləri sinif rəhbərləri Mahmudova Aynurə, Fərzullayeva Elmira, Teymurova Telnaz ilə birlikdə İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğuna ekskursiya etdilər. Ekskursiya İçərişəhərin əsas girişi Qoşa Qala qapısından başladı. Bələdçimiz Aytən xanım bildirdi ki, Qoşa Qala qapısı Şamaxı darvazaları kimi də məşhurdur. Sonra o, Bakı Xanlarının Evi, “Zəncir bül-bül”, Karvansaray “Multani”, atəşpərəstlərin müqəddəs yeri sayılan “Bazar Meydanı”, “Şirvanşahlar Sarayı” kompleksi haqqında şagirdlərə maraqlı məlumat verdi. Ekskursiyadan məmnun qalan müəllim və şagirdlər təşkilatçılara, Aytən xanıma minnətdarlıqlarını bildirdilər.