Yel çərşənbəsi qeyd edildi

13 martda milli adət-ənənələrimizdən olan "Yel çərşənbəsi" qeyd edildi. Şagirdlər foyedə Novruz bayramına həsr olunmuş “kiçik muzey” qarşısında şənləndilər, Kosa və Keçəlin məzəli söhbətlərinə qulaq asdılar. Novruz bayramına həsr olunmuş şeir və mahnılar səsləndirdilər.
Məktəbimizdə xüsusi siniflərdə təhsil alan şagirdlər məktəbin həyətyanı sahəsində ağaclara qulluq etdilər, güllər əkdilər. Bir çox siniflərdə bayram münasibəti ilə təmizlik işləri aparıldı, keçiriləcək əl işlərindən ibarət sərgiyə hazırlıq işləri görüldü.