“Etiket və nəzakət qaydaları” adlı tədbir

Məktəbdə uşaq birliyi təşkilatı rəhbəri Mehnaz Süleymanovanın təşkkilatçılığı ilə “Etiket və nəzakət qaydaları” adlı tədbir keçirildi.
Tədbirin əvvəlində Süleymanova Mehnaz vətəndaş cəmiyyətində etiket qaydaları və onun növləri haqqında ümumi məlumat verdi. Aparıcılar əxlaqı və tərbiyəsi ilə seçilən VI-VIII sinif şagirdləri idi. Tədbirdə “Biz gələcəyik” adlı filmdən qısa süjetlər nümayiş olundu.
Şagirdlərdən Əzimzadə Nərmin “Süfrə arxasında davranış qaydaları”, Əhmədzadə Samir “Telefonda danışmaq ədəbi”, Qasımlı Ayxan “Aktual nəzakət qaydaları” haqqında hazırladıqları təqdimatlarla çıxış etdilər. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.